Əlaqə Arxiv
news Image
2013.06.20
11:31
| A A A
Azərbaycan manatının simvolu Unicode-a əlavə olunub

2006-cı ildə Azərbaycanda milli valyutanın 5000:1-ə nisbətdə denominasiyası keçirilib. Avstriyalı qrafik və dizayner Robert Kalina yeni banknotlarla yanaşı Azərbaycan manatı üçün yeni simvol da hazırlayıb.

 

InfoCity www.infocity.az saytının məlumatına görə, 2008-2011-ci illərdə manat simvolunun valyuta nişanları cədvəlinə əlavə edilməsi üçün çoxlu səylər göstərilsə də, təəssüf ki, bununla bağlı edilən bütün müraciətlər simvolun demək olar istifadə olunmaması səbəbindən rədd edilib. 2012-ci il manat simvolunun tarixində əlamətdar olub. Belə ki, JIS kimi dizayn-studiya və reklam agentlikləri sayəsində simvol reklam və qiymət cədvəllərində geniş istifadə olunmağa başlayıb.

 

Unicode konsorsiumunun iyunun 10-14-də keçirilən görüşündə manat simvolu U+20BC ilə kodlaşdırmaya qəbul edilib.

Sizin Reklam Yeriniz