Movqe.Az xəbər verir ki, Papa Françesko, Vatikandakı San Pietro Meydanında hər bazar reallaşdırdığı Angelus duası əsnasında gənclərə "cəsarət" mesajı verib. Minlərlə insanın axın etdiyi meydanda,mülayim bir templə danışan Papa, "Əzizi gənclər, sizə deyirəm ki, ümidimizi qırmaq istədikdə, onlara qarşı qoyma cəsarətinə sahib olmalısınız" ifadəsini bildirib. "Əvvəlcə, qürurlu olun, şüur və həqiqətin səsini inkar etməyin" deyən Papa Françeskonun çıxışı zamanı, "Xristian olan və olmayan bir çox insan həqiqətlər üçün dünyasını dəyişib" sözlərini deməsi Braziliyaya verilən mesaj kimi qiymətləndirilib. Papa Françeskonun Dünya Gənclər günləri proqramına qatılmaq üçün 23-28 İyul arasında, sıx qarşıdurmaların yaşandığı Braziliyanın Rio De Jenairo şəhərinə gedəcəyi daha əvvəl açıqlanmışdı.