Əlaqə Arxiv
news Image
2013.06.24
19:58
| A A A
Jurnalistlər üçün sement zavoduna media-tur təşkil olundu

Bu gün Holcim (Azərbaycan) ASC-ə jurnalistlər üçün press-tur təşkil olunub. Mətbuat nümayəndələrini sözügedən məkana aparmaq üçün təşkil olunan mikroavtobusla keçmiş adı ilə hələdə məşhur olan Qaradağ sement istehsalı zavoduna, indiki  Holcim ASC-ə yollanırıq. Yolboyu bu zavodla bağlı elə də xoş olmayan xatirələrim gözümün önündə canlanır. Qaradağ rayonunun Sahil və Ümid qəsəbələrinin üzərini bürüyən tüstü-duman, bu zavodun ətraf qəsəbələrin ekologiyasına mənfi təsir göstərən amillər və sair. Amma bu dəfə bizi tamamilə fərqli mənzərə qarşılayır. Təəccüblü də olsa, istehsal prosesi davam etsə də, bu istehsal müəssisəsinin iri bacasından həmişəki kimi qatı tüstü çıxmırdı.  Burada jurnalistləri qarşılayan Holcim ASC-nin əməkdaşları ilə söhbət zamanı öyrəndik ki, artıq istehsal zamanı ətrafa tüstü buraxılmır. Hətta şirkət nümayəndələri bu ilin ortalarından alternativ enerjidən istifadə etməklə sement istehsalına başlanılacağını da söylədilər. Geocyle (Azərbaycan) MMC-nin direktoru Samir Agayev jurnalistlərə bildirdi ki, yararsız təkərlərin yanacaq kimi istifadəsi ilə təbii qazdan istifadəni tədricən azaldaraq ətraf mühitin qorunmasına daha böyük töhvə veriləcək. Şirkətin ictimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə meneceri Rəna Tahirova isə jurnalistlərə  Holcim ASC  ilə bağlı ətraflı məlumat verdi: "Holcim Azərbaycan dünyanın aparıcı sement təchizatçılarından olan Holcim Qrupunun bir hissəsidir. 1912-ci ildə İsveçrədə təsis edilmiş Qrup bütün qitələrdə bazar payına, o cümlədən 70-dən çox ölkədə böyük və kiçik sərmayə paylarına malik olan aparıcı qlobal oyunçuya çevrilib. 1999-cu ildən Holcim şirkətinin Qaradağ Sementdə reallaşdırdığı investisiya layihələri daim yeni inşaat, ətraf mühit və sosial standartların tətbiqinə istiqamətlənir. Bu şirkət Azərbaycanda klinker və sement istehsal edən ən iri müəssisədir. Şirkət yerli və beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsulları ilə ölkədaxili tələbatın əksər hissəsini ödəyir. Hal-hazırda, "Holcim"ASC-nin istehsalı olan sementdən irimiqyaslı tikinti işlərində, o cümlədən qlobal əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsində geniş istifadə olunur. 26 aprel tarixində Qaradağ Sement-in adı Holcim (Azərbaycan) ASC oldu. Holcim (Azərbaycan) ASC-in bütün məhsulları EN 197-1:2000 Avropa standartına uyğun istehsal edilir. Məhsullarımızın vaxtaşırı kənar laboratoriyalarda (Türkiyənin Sement İstehsalçıları Birliyinin, Rusiyanın Cemiscon sirkətinin, ABŞ-nın CTL-Group sınaq mərkəzinin) sınaqdan keçirilməsilə, onların müştərilərimizin tələblərinə uyğunluğu təsdiq edilir. Hazırda, Holcim (Azərbaycan) həm qalaq, həm də kisə şəklində 6 növ məhsul istehsal etməkdədir: Optimal, Spesial, Ekspert, Ekspert plus, Solid və Sprint".

R. Tahirova şirkətin koporativ sosial məsuliyyəti də heç zaman yaddan çıxartmadığını, Holcim (Azərbaycan) şirkəti əməkdaşların, onların ailə üzvlərini və fəaliyyət göstərdikləri ərazidə olan digər icma nümayəndələrinin həyat səviyyəsinin yaxşılaşdırılmasına tövhə verdiyini söylədi: "Buna nail olmaq üçün korporativ sosial məsuliyyət proqramı çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir".

Holcim ASC-ilə qısa tanışlıqdan sonra jurnalistlər zavodun ərazisinə çıxdılar. Burada  Holcim Sement Mərkəzi ilə tanış olduqdan sonra jurnalistlərə zavodun ərazisində "Qaradağ Sement"dən miras qalmış köhnə istehsal avadanlıqlarının sökülərək yenidən qurulacağı ilə bağlı məlumat verildi. Zavodda təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi də jurnalistlərin diqqətindən yayınmadı. Beləcə uzun fasilədən sonra mətbuat nümayəndələrinin bu zavoda ekskursiyası yenidən baş tutdu. 



Sizin Reklam Yeriniz