Əlaqə Arxiv
news Image
2013.06.24
21:11
| A A A
15 yaşlı oğlan itkin düşüb...

Daxili İşlər Nazirliyindən mövqe.az-a daxil olan məlumata görə, Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Seyidov Nicat Eldəniz oğlu bu ilin yanvar ayında yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb. Nicat Seyidovun xarakterik əlamətləri belədir: boyu 165 sm, arıq bədən quruluşlu, saçları və gözləri qara rənglidir. Evdən çıxarkən əynində göy göfəkçə, göy cins şalvar, boz sviter, qara ayaqqabı olub.

Diqqətinizə çatdırırıq ki, o, dəfələrlə Bakı şəhərinə qaçaraq Milli Parkda, 8-ci kilometr qəsəbəsində yerləşən bazarda və parkda, paytaxtın digər kütləvi istirahət məkanlarında və iri iaşə obyektlərində günəmuzd işləyib, bazarətrafı evlərdə kirayədə yaşayıb.

İtkin düşmüş yetkinlik yaşına çatmamış bu şəxsi görənlərdən və ya Nicat Seyidov barədə məlumatı olanlardan DİN-in "102" Xidmətinə, (022) 256-07-73, (022) 256-52-19 (Gəncə şəhəri), həmçinin (050) 350-05-92 və (050) 327-58-50 nömrəli şəhər və mobil telefonlarına zəng vurmaları xahiş olunur.

Sizin Reklam Yeriniz