Əlaqə Arxiv
news Image
2013.06.25
11:10
| A A A
Ordumuzun mövqeləri bütün cəbhə boyu atəşə tutulub

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Ağdam rayonunun Yusifcanlı, Baş Qərvənd, Tərtər rayonunun Çaylı, Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında və Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

 

Düşmən cavab atəşi ilə susdurulub.


Sizin Reklam Yeriniz