Əlaqə Arxiv
news Image
2013.06.25
14:00
| A A A
Çağırışçılar təyin olunduqları hərbi hissələri internet vasitəsilə öyrənə biləcəklər
İyunun 30-dan Azərbaycanda ilk dəfə çağırışçılar təyin olunduqları hərbi hissələri internet vasitəsilə öyrənə biləcəklər

Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti (SHÇDX) hərbi xidmətə çağırış sistemində informasiya texnologiyalarının tətbiqi və vahid informasiya sisteminin yaradılması istiqamətində işlər aparılır.


Mövqe.az-ın məlumatına görə, bu barədə SHÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov jurnalistlərə açıqlamasında bildirib.

 

Xidmət rəisinin sözlərinə görə, iyunun 30-dan başlayaraq Azərbaycanda ilk dəfə olaraq hərbi xidmətə çağırılan gənclər SHÇDX-nin internet saytına (www.seferberlik.gov.az) özləri haqqında məlumatları daxil etməklə, təyin olunduqları hərbi hissələri öyrənə biləcəklər. Eyni zamanda Xidmətin yerli şöbələri də çağırışçılara bu məlumatları çatdıracaqlar.

 

A.Rəhimov bildirib ki, SHÇDX yarandıqdan sonra hərbi xidmətə çağırışda şəffaflıq təmin edilib: "İndi hərbi xidmətə çağırış yalnız gənclərin adları və soyadları ilə aparılmır. Bölgülər kompüterləşmiş sistem üzrə ordu sıralarına göndərilir". 


Sizin Reklam Yeriniz