Azadlıq meydanı, Neftçilər prospekti istiqamətində küçələri ilə kəsişən bütün küçə və prospektlərdə maşınların hərəkəti məhdudlaşdırılacaq
Bakıda iyun ayının 26-da keçiriləcək hərbi paradın keçirilməsi ilə əlaqədar bəzi yollarda hərəkət məhdudulaşdırılacaq, istiqamət dəyişdiriləcək. Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, Azadlıq meydanı, Neftçilər prospekti istiqamətində küçələri ilə kəsişən bütün küçə və prospektlərdə maşınların hərəkəti məhdudlaşdırılacaq.
"Kövkəb Səfərəliyeva, R.Zorge, Puşkin, Azadlıq prospekti, Rəşid Behbudov, Bülbül, Rəsul Rza, Əziz Əliyev, Niyazi, Yusif Səfərov küçələrindən Neftçilər prospekti istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq. Alternativ yol kimi Afiyyəddin Cəlilov küçəsinin Nobel prospekti ilə kəsişməsindən keçməklə, Nəcəfqulu Rəfiyev küçəsindən istifadə etməklə Babək, Nobel, Xocalı prospektlərinə və 10-cu zavod dairəsi istiqamətində, Yusif Səfərov və 28 may küçələrinin kəsişməsindən 28 may və Kövkab Səfərəliyev küçəsinə, Bayıl qəsəbəsindən Qurban Abbasov, Dağüstü park, Teymur Elçin, keçməklə Parlament prospektinə, 20-ci dairə sahədən Dağ üstü yolla Badamdar və Mikayıl Müşfiq küçələrinə hərəkət edə bilərlər.Həmçinin Bakı-Salyan yolunun 14-cü kilometliyindən, 3-cü kənar dairəvi yol ilə istənilən istiqamətləndirilir. Xahiş edilir ki,şəxsi maşınlardan yox, daha çox ictimai nəqliyyatdan istifadə etsinlər".