Əlaqə Arxiv
news Image
2013.06.25
14:32
| A A A
Qəbələdə tələbələr üçün arxeoloji düşərgə təşkil edilib

AR Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Qəbələ rayonunda arxeoloji düşərgə yaradılıb.


Mövqe.az-ın verdiyi xəbərə görə, arxeoloji düşərgədə 15-ə yaxın ali təhsil müəssisəsindən 80 nəfər gənc iştirak dib. Tələbələr arxeoloji qazıntılarda yaxından iştirak edib, qazıntı sahələrinin seçilməsi, qazıntıların planlaşdırılması, arxeoloji materialların sənədləşdirilməsi kimi işlərdə təcrübə toplayıblar.


Tələbələrin iştirakı ilə qədim Qəbələ şəhərinin yeri olan Səlbir sahəsində X-XI əsrlərə aid ictimai bina qalıqları, məişət tikililəri, qəbirlər aşkar edilib.


Bir həftə davam edən düşərgənin sonunda iştirakçılara Gənclər və İdman Nazirliyinin sertifikatları verilib.

Sizin Reklam Yeriniz