Əlaqə Arxiv
news Image
2013.06.25
19:42
| A A A
Lavrov ittihamlara cavab verdi
Lavrov: "Rusiya sərhəddini keçmədi"

Movqe.Az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov, keçmiş CIA işçisi Edvard Snovdenin Rusiya sərhədini keçmədiyini açıqlayıb. Rusiyanın sui-qəsd qurmaqla və ABŞ qanunlarını pozmaq ittihamının isə qəbul edilə bilməz olduğunu bildirib. Moskvada mətbuat konfransı təşkil edən Lavrov, "Amerikalı səlahiyyətlilərin bu cür davranışı nümayiş etdirməsi üçün qanuni zəmin mövcud deyil" deyib. Rus diplomat, əlaqədar qiymətləndirmələrin müvafiq kanallar vasitəsilə ABŞ-a çatdığını da sözlərinə əlavə edib. Rusiya tərəfinin nə Snovdenə, nə onun ABŞ hüquqlarıyla olan əlaqələrə, nə də yer dəyişməsinə maraq duymadığını ifadə edən Lavrov, "Yolunu azadca seçdi. Bunu mediadan öyrəndik. Rusiya sərhədini keçmədi. " deyib.

Sizin Reklam Yeriniz