Əlaqə Arxiv
news Image
2013.06.27
11:11
| A A A
Magistraturaya ixtisas seçimi başlayır
Azərbaycanda 2013/2014-cü tədris ili üçün ali məktəblərin magistratura pilləsinə ixtisas seçimi başlayır

Bu gündən Azərbaycanda 2013/2014-cü tədris ili üçün ali məktəblərin magistratura pilləsinə ixtisas seçimi başlayır.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Mövqe.az-a verilən xəbərə görə, ixtisas seçimi 3 gün müddətində davam edəcək. Belə ki, bakalavrlar iyunun 27-dən 30-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər. Ali təhsil müəssisələrinin magistraturalarına 2013/2014-cü tədris ili üçün qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün ixtisaslaşma seçimi internet vasitəsi ilə aparılacaq. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.

 

Qeyd edək ki, bu il Azərbaycanda magistraturaya qəbul planı əvvəlki tədris ili ilə müqayisədə 12,84 faiz artıb. magistratura səviyyəsinə 2013/2014-cü tədris ili üçün təsdiq edilmiş qəbul planında yerlərin sayı 6794, dövlət sifarişi üzrə yerlərin sayı 2319, Azərbaycan bölməsi üzrə yerlərin sayı 4504, rus bölməsi üzrə yerlərin sayı 674, birgə müsabiqə yerlərinin sayı isə 1616-dır.


Sizin Reklam Yeriniz