Odlar Yurdu Universitetində Microsoft İT Akademiyası açılıb
Odlar Yurdu Universitetində Microsoft İT Akademiyasının açılışı olub.
Mövqe.az-ın verdiyi məlumata görə, layihə Microsoft-Azərbaycan şirkəti ilə universitetin idarə heyəti arasında imzalanmış qarşılıqlı əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.
İT Akademiyasının əsas məqsədi Microsoft məhsullarına dair tədris vəsaitlərinə olan tələbatı və Microsoft Office Specialist , Microsoft Certified Professional, Microsoft Technology Associate ixtisasları üzrə sertifikatlaşdırılmış imtahanlara hazırlığı təmin etməkdir.
Tədris vəsaitlərindən həm İT üzrə kurslarda, həm də fakültativ məşğələlər çərçivəsində fərdi qaydada istifadə etmək mümkün olacaq.
Memorandum çərçivəsində həm də Microsoft DreamSpark layihəsinə start veriləcək.