Əlaqə Arxiv
news Image
2013.06.28
13:31
| A A A
Gömrük Əməkdaşlıq Şurasının 121/122-ci sessiyası öz işinə başlayıb

Belçika Krallığının Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının Baş qərargahında Gömrük Əməkdaşlıq Şurasının 121/122-ci sessiyası öz işinə başlayıb. Dövlət Gömrük Komitəsindən Mövqe.az-a verilən məlumata görə, sessiyanın işinə Komitənin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti də qatılıb.


İyun ayının 27-də Azərbaycan və Seneqal gömrük xidmətlərinin Şura Sessiyasında iştirak edən nümayəndə heyətləri arasında gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsinə dair ikitərəfli görüş keçirilib.


Görüşdə ilk olaraq çıxış edən Dövlət Gömrük Komitəsinin sədri cənab Aydın Əliyev Azərbaycanın müstəqillik əldə etdikdən sonra gömrük xidmətinin keçdiyi inkişaf yolu və nailiyyətləri barədə Seneqal nümayəndə heyətinə məlumat verib. Bildirilib ki, kadr potensialının gücləndirilməsi, gömrük sistemində İKT-nin, o cümlədən Vahid Pəncərə prinsipinin tətbiqi, kinoloji xidmət itlərinin təlimi və s. sahələrdə kifayət qədər uğurlar əldə etmiş Azərbaycan gömrük xidməti bu təcrübəsini Seneqallı həmkarları ilə bölüşməyə hazırdır.


Azərbaycan nümayəndə heyətinin rəhbərinə əməkdaşlıq təklifinə görə minnətdarlığını bildirən Seneqal Gömrük Xidmətinin başçısı cənab Mouhamadou Makhtar Cisse Azərbaycanın gömrük işi sahəsindəki uğurları və təcrübəsini öyrənməyə hazır olduqlarını qeyd edərək, yaxın zamanlarda böyük nümayəndə heyəti ilə ölkəmizə səfər edəcəklərini qeyd edərək bu əməkdaşlığın daimi olacağına inandığını bildirib.

Sizin Reklam Yeriniz