Əlaqə Arxiv
news Image
2013.07.01
12:32
| A A A
Paytaxtda at və eşşək ətinin kimlərin sifarişi ilə gətirdiyi bəlli oldu-Özəl
Yolçu Xanvəli: "Paketlərin üzərində "Hacı, Mərdan, F-2, F-7 kimi gizli ünvanlar göstərilib"

Bakının Müşfiqabad qəsəbəsindəki Güzdək yaşayış massivində aşkarlanan 600 kiloqram at və eşşək ətindən artıq nümunələr götürülüb. Bu məlumatı Movqe.az-a Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin verib. Onun sözlərinə görə, hazırda ərazi sahə müvəkkili, bələdiyyə sədri, Abşeron rayon Baytarlıq İdarəsinin rəisi eləcədə Baytarlıq Xidmətinin labarotoriya müdiri hadisənin baş verdiyi ərazidədir: " Ətin aşkarlandığı həyətlərin sahibləri hadisə yerindən qaçıblar.  Amma biz artıq nümunələr götürmüşük və bir gün ərzində müayinələrin nəticəsi açıqlanacaq. Hələki bəlli olan odur ki, aşkarlanan 600 kiloqram ət at və eşşək ətinin qarışığıdır. Bu ət rayondan DBX-ya  verilən siqnal əsasında aşkarlanıb. Ətin göndəriləcəyi şəxslərin gizli kodlarla adları bəllidir. Çünki həmin ətlər paketlənib.Paketlərin üzərində "Hacı, Mərdan, F-2, F-7 kimi gizli ünvanlar göstərilib. Təbii ki, hüquq mühafizə orqanları həmin şəxslərin kimliyini araşdıracaq". 

Qeyd edək ki, Müşviqabad qəsəbəsinin Güzdək yaşayış massivində dönərxanalara və iaşə obyektlərində əhaliyə satış məqsədli gətirilən at və eşşək əti aşkarlanıb. Aşkarlanmış ətin qara yara xəstəliyinə yoluxma ehtimalı da mövcuddur.  Modern.az-a Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin verdiyi məlumata görə,  bu gün paytaxtın Müşfiqabad qəsəbəsində bazara çıxarılması nəzərdə tutulan at və eşşək əti ayrı-ayrı dönərxanalara, iaşə obyektlərinə gətirilərkən saxlanılıb. "Ətin kimlər tərəfindən paytaxta gətirilməsi hələ ki, məlum deyil. Həmin ətlərdən nümunələr götürüləcək laboratoriyada müayinə olunacaq. Daha sonra həmin ətin yandırılıb və ya heyvanat parkına verilməsi ilə bağlı qərar qəbul olunacaq".


Sizin Reklam Yeriniz