İçərisində azərbaycanlı jurnalistlərin də olduğu təyyarə məcburi eniş edib
Göyərtəsində azərbaycanlı jurnalistlərin də olduğu "Turkish Airlines" aviaşirkətinə məxsus təyyarə Bakıda məcburi eniş edib.
Hazırda təyyarə texniki baxışdan keçirilir. Bu barədə bazar ertəsi Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.
Təyyarə bir saata yaxın havada dövrə vurandan sonra yenidən hava limanına qayıdıb. İlkin məlumata görə, təyyarənin qapısının normal bağlanmaması səbəbindən salonun hermetikliyi pozulub.
Hazırda təyyarə uçuşa hazırlanır.