Cəlilabadda ilan oğlanın başını sancdı
Cəlilabad rayonunda 29 yaşlı gənci ilan sancıb.
Mövqe.az-in anspress-ə istinadən verdiyi məlumata görə, hadisə
Adnalı kəndində baş verib. 1984-cü il təvəllüdlü Allahverdi Nuruyev
səhər həyətlərindəki dama girmək istəyərkən qəfildən damın
tavanından çıxan ilan onun başının sağ hissəsini sancıb. İlanı
əlilə başından kənarlaşdıran Allahverdi bir anda huşunu itirib yerə
yıxılsa da, qışqırmaqla valideynlərini köməyə çağırıb.
Oğlunun qışqırıq səsinə gələn Aslan Nuruyev dərhal Allahverdini xəstəxanaya çatdırıb. Xəstəyə ilan sancmasına qarşı zərdab vurulub. Beləliklə onun həyatını xilas etmək mümkün olub.
Hazırda Alllahverdi Nuruyevdə müəyyən narahatlıqlar olsa da, səhhəti normallaşmağa doğru gedir.