Ordumuzun mövqeləri atəşə tutulmaqda davam edir
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Aşağı Veysəlli, Horadiz, Aşağı Seyidəhmədli, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.