Bu gün Mətbuat Şurasının VI qurultayında yeni İdarə Heyəti seçilib. Mövqe.az-ın məlumatına görə, İdarə Heyəti 17 həqiqi və 5 ehtiyat üzvdən ibarət formalaşdırılıb.
Həqiqi üzvlərin 8-i mətbu nəşrləri, 3-ü internet xəbər portallarını, 6-sı isə ictimaiyyəti təmsil edib. Ehtiyat üzvlərdən 2-si mətbu nəşrlərdən, 1-i internet xəbər portallarından, 2-si isə ictimaiyyətdən olub.
İdarə Heyətinin üzvlüyünə mətbu nəşrlərdən Mətbuat Şurasının sədri Əflatun Amaşov (233 səs), Vüqar Rəhimzadə (219 səs), Ümid Mirzəyev (217 səs), Rəşad Məcid (201 səs), Bəxtiyar Sadıqov (198 səs), Tapdıq Abbas (162 səs), Aydın Quliyev (133 səs) Rauf Arifoğlu (127 səs) seçilib. İctimaiyyəti təmsil edənlərdən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli (223 səs), Milli Məclisdən Aqil Abbas (190 səs), Jurnalistlərin Həmkarlar Təşkilatının sədri Müşfiq Ələsgərli (188 səs), Millli Məclisdən Cavanşir Feyziyev (134 səs), BDU-nun Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev (129 səs), Milli Məclisdən Musa Qasımlı (125 səs) və 2 nəfər ictimaiyyətdən ehtiyata üzv seçilib. Bunlar İlham İsmayılov (116 səs) və Nəsir Əhmədovdur (110 səs).
İnternet portallar - yeni mediadan birinci yerə "APA Holding"in prezidenti Vüsalə Mahirqızı (298 səs), ikinci yerə Rasim Əliquliyev (260 səs), üçüncü yerə Azər Həsrət (175), ehtiyat yerə isə Sevda Həmidova (167 səs) seçilib.
Bundan əlavə, qurultay zamanı səs çoxluğu ilə Mətbuat Şurasının nizamnaməsinə də dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, qurum indiyədək təkcə qəzet, jurnal və informasiya agentlikləri ilə bağlı şikayətləri araşdırırdısa, bundan sonra internet media vasitələrinin fəaliyyətindəki narazılıq doğuran məqamları da ətraflı nəzərdən keçirəcək.