Əlaqə Arxiv
news Image
2013.07.12
11:41
| A A A
Bu günün hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Mövqe.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin sürəti 10-15 m/s, arabir 18 m/s təşkil 

edəcək, yarımadanın bəzi yerlərində 20-23 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir. 


Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək. 


Azərbaycanın rayonlarında iyulun 12-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir. 


Tibbi-meteoroloji proqnoz

İyulun 12-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin gətirdiyi nisbi sərinlik meteohəssas insanlar üçün əlverişlidir. 13-14-də zəif küləklərin üstünlüyü fonunda günorta saatlarında isti diskomfort şərait meteohəssas insanlar üçün əlverişsizdir. 

Sizin Reklam Yeriniz