Ali məktəblərə qəbul planı artırıldı
2013-2014-cü tədris ili üçün Azərbaycanın ali
məktəblərinə ayrılmış qəbul planında ən çox artım III ixtisas qrupu
üzrə olub. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi
mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının
sədrinin müavini Namiq Babayev bildirib. Onun sözlərinə görə,
Azərbaycanda ali məktəblərdə builki qəbul planı ötən illə
müqayisədə 2439 plan yeri, başqa sözlə 7,15 faiz artaraq 36 537-ə
qalxıb. N.Babayev qeyd edib ki, I
ixtisas qrupunda plan yerlərinin sayı 3%, II qrup üzrə 8,5%, III
qrup üzrə 14%, IV qrup üzrə isə 0,38% artım qeydə alınıb. Ali
məktəblər üzrə qəbul planında ən böyük artım Azərbaycan Diplomatik
Akademiyasında olub. Bu məktəbdə plan
yerlərinin sayı 2012-ci ildə 163 olduğu halda, bu il onların sayı
300-ə qədər, yəni 87,50 faiz artırılıb. Azərbacan Milli
Konservatoriyasında plan yerlərinin sayı ötən illə müqayisədə 50
faiz, Bakı Dövlət Univeritetində 10,74 faiz, Müəlllimlər
İnstitutunda 19,10 faiz, Mədəniyyət və İncəsənət Univeritetində 27,
73 faiz artıb. N.Babayev deyib ki, bu
il bir çox özəl ali məktəblərdə də plan yerlərinin sayı
çoxaldılıb.
Bunlarla paralel bəzi ali təhsil müsssislərində qəbul plan yerlərinin say azaldılıb. Ötən illə müqayisədə Azərbaycan Dillər Universitetində plan yerlərinin sayı 2,03 faiz, Memarlıq və İnşaat Universitetində 6, 87 faiz, Milli Aviasiya Akademiyasında 4,79 faiz, Dövlət İdarəçilik Akademiyasında 4,22 faiz azalma olub.
N.Babayev qeyd edib ki, bu il yeni fəaliyyətə başlayacaq İnformasiya Texnologiyaları Universitetinə tələbə qəbulu üçün 60 plan yeri ayrılıb.