Əlaqə Arxiv
news Image
2013.07.15
14:26
| A A A
İsti hava şəraiti davam edəcək

Sabah Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Mövqe.az-a verilən xəbərə görə, mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38 dərəcə isti olacaq.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-28 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi qərb rayonlarında şimşək çaxacağı və qısa müddətli yağış yağma ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcə, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

 

İyulun 18-i axşamadək Abşeron yarımadasında durğun və anomal isti hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.

 

Sizin Reklam Yeriniz