Əlaqə Arxiv
news Image
2013.07.16
11:19
| A A A
16 iyulda gözlənilən hava şəraiti

Mövqe.az Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən 16 iyulda Azərbaycanda gözlənilən hava şəraiti haqda xəbər verir:

Bakıda və Abşeron yarımadasında

İyulun 16-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38 dərəcə isti olacaq. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, 

Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında

İyulun 16-da hava şəraitinin yağmursuz olacağı gözlənilir. Lakin axşam və və gecə bəzi qərb rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. 

Havanın temperaturunun gecə 19-24, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcəyədək yüksələcəyi, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnoz

İyulun 18-i axşamadək Abşeron yarımadasında durğun və anomal isti hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir. 

Sizin Reklam Yeriniz