17 ixtisas üzrə sınaq test imtahanı keçirilib-Özəl
Bu günədək Səhiyyə Nazirliyinin Sertifikat Komissiyası tərəfindən 17 ixtisas üzrə sınaq test imtahanları keçirilib. Movqe.az-a Səhiyyə Nazirliyindən verilən xəbərə görə, ay ərzində mamalıq, tibb bacısı, travmatologiya – ortopediya, əczaçılıq (ali), pediatriya, feldşer, laboratoriya işi (orta), narkologiya, endokrinologiya, otorinolarinqologiya, nevrologiya, sanitar – feldşer,şüa diaqnostikası, laboratoriya işi (ali), fizioterapiya və tibbi bərpa, terapiya ixtisasları üzrə sınaq imtahanları keçirilib. Bu ay nəzərdə tutulan imtahanların sonuncusu, tibb baçısı ixtisası üzrə imtahan iyulun 23-də aparılacaq.