Əlaqə Arxiv
news Image
2013.07.18
11:29
| A A A
Sərin hava şəraiti yaxın 2-3 gün ərzində davam edəcək

Azərbaycanda nisbətən sərin hava şəraiti yaxın 2-3 gün ərzində müşahidə ediləcək. Mövqe.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosuna istinadən verdiyi məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə bir necə dərəcə enəcək.

İyulun 18-də Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Axşam yarımadanın bəzi yerlərində küləyin sürəti saniyədə 23 metrədək güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-38 dərəcə isti olacaq.

İyulun 19-da Bakıda havanın dəyişkən buludlu, yağmursuiz keçəcəyi gözlənilir. Şimal-qrəb küləyi əsəcək. Küləyin sürəti yarımadanın bəzi yerlərində 23-25 metrədək güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 30-35 dərəcə isti olacaq.

İyulun 19-da Azərbaycanın rayonlarında gündüz hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 33-38 dərəcə isti olacaq.

Dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.

Sizin Reklam Yeriniz