İngiltərənin Suriyayla silah alış-verişi davam edir
Movqe.Az xəbər verir ki, İngiltərənin,
insan hüquqları pozuntularından ötəri tənqid etdiyi ölkələrə 12,3
milyard sterlinqlik silah satılmasına icazə verdiyi ortaya çıxıb.
İngiltərə Parlamentindəki Silah İxracatına nəzarət Komissiyasının
hesabatına görə, İngiltərənin 27 ölkəyə silah və kəşfiyyat
avadanlıqları satışı mövzusunda 3 mindən çox ixracat lisenziyasına
təsdiq verdiyi ideyilib. Silah satılan ölkələr arasında Suriya,
İran, Çin, Şri Lanka, Misir, Tunis, Liviya, İsrail və Səudiyyə
Ərəbistanı kimi ölkələr də var. Hesabat, İngiltərənin Suriyalı
müxaliflərə strateji materialların göndərildiyi dövrdə Suriya
hökumətinə satış edilməsinə imkan verən sənədlərin təxirə
salınmadığını da göstərib. İngilis mediası İsrailə 7,7 milyard
sterlinqlik hərbi vəsait satışının bu günə qədər ictimaiyyətlə
paylaşılmadığına diqqət çəkib. Mətbuat həmçinin insan hüquqlarını
pozan Suriya Prezidenti Bəşər Əsəd və İran prezidenti Mahmud
Əhmədinejad ilə edilən müqavilələrin nəzərdən keçirilməsini
istəyib.