Əlaqə Arxiv
news Image
2013.07.22
12:18
| A A A
Preziden jurnalistlər üçün tikilən binanın açılış mərasimində iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi jurnalistlər üçün tikilən binanın açılış mərasimində iştirak edib. Mövqe.az-ın məlumatına görə, Prezident İlham Əliyev açılış mərasimində çıxış edib.


Sonra Azərbaycan Prezidenti qırmızı lenti kəsdikdən sonra mənzillərə baxış keçirib. Baxışdan sonra həmin binanın yanında jurnalistlər üçün nəzərdə tutulan daha bir binanın təməlqoyma mərasimi keçirilib. Təməlqoyma mərasimindən sonra qeyd olunub ki, binanın 2 ildən sonra təhvil verilməsi nəzərdə tutulur.


Qeyd edək ki, 2010-cu il iyulun 22-də Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırmışdır.

Sizin Reklam Yeriniz