Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin, din xadimlərinin iştirakı ilə R.Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən iclasında ətraflı müzakirə olunub.
İclası giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd edib ki, ölkədə 6 ay ərzində ümumi daxili məhsul 5 %, qeyri-neft sektoru 11 %, kənd təsərrüfatı 5 % artmış, inflyasiya cəmi 2 % olmuş, əhalinin pul gəlirləri təxminən 7 % artıb. Ölkənin strateji valyuta ehtiyatları 48 milyard dollar təşkil edir ki, bu da ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.
Hesabat dövründə Səbail rayonunda görülən işlərdən danışan Asif Əsgərov bildirmişdir ki, 2013-cü ilin ilk altı ayı ərzində rayonun sənaye müəssisələri tərəfindən 11.616,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,4 % az sənaye məhsulu istehsal edilib. Nəqliyyat müəssisələri tərəfindən 266.7 milyon manatlıq və ya keçən illə müqayisədə 1.8 % çox, rabitə müəssisələri tərəfindən 295.4 milyon manatlıq və ya keçən ilin müavifq dövrünə nisbətən 2.8 % çox rabitə xidmətləri göstərilib. Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 1.854.8 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 30.7 % artıb. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 644.0 milyon manat olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti quraşdırma işləri 3.3 dəfə artıb.
İlin əvvəlindən pərakəndə ticarət şəbəkəsindən əhaliyə 122,2 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 22,6 % çox istehlak malları satılmış, xidmət müəssisələri tərəfindən 146,2 milyon manatlıq pullu xidmət göstərilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 2.6 % çoxdur. Həmin dövr ərzində əhaliyə 40,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 29,3 % çox iaşə xidmətləri göstərilib, pullu xidmətlərin həcmi 2012-ci ilin eyni dövrünə nisbətən 2.5 faiz artaraq 146,2 milyon manat olub.
Səbail rayonu üzrə daimi əhalinin sayı 95638 nəfər olmuş, əlavə olaraq rayonda 9207 nəfər məcburi köçkün məskunlaşmışdır. Rayonda çalışan işçilərin sayı 111983 nəfər, orta aylıq əmək haqqının məğləği isə 905,0 manat olmuşdur ki, bu da keçən illə müqayisədə 5,9 % çoxdur.
2013-cü ilin I yarısı ərzində Səbail rayonu ərazisində 879 yeni iş yeri açılıb ki, bunlardan hamısı daimi iş yerləridir. Ümumilikdə – yalnız 2009-2013-cü ilin iyun ayına kimi Səbail rayonunda 9373 daimi iş yeri açılıb.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq 2013-cü ilin ilk 6 ayı ərzində Dövlət Musiqili Komediya Teatrının binasında, 3 saylı Vərəm Əleyhinə Dispanserdə, C.Hacıyev adına 3 saylı Uşaq Musiqi məktəbində, Bibiheybət qəsəbəsində Mədəniyyət evi və qəsəbə kitabxanasının tam əsaslı təmir-yenidənqurulması işləri və A.H.Kazımov adına 1 və Bayıldakı 33 saylı saylı şəhər poliklinikalarında, 44 saylı uşaq bağçasında, Dağüstü parkın ərazisinin bir hissəsində aparılan əsaslı təmir-yenidənqurma işləri başa çatdırılıb, 20-ci yaşayış sahəsində 102 və 118 saylı 35 kilovoltluq 2 yeni yarımstansiya şəbəkəyə qoşulub, Bibiheybət qəsəbəsində post məntəqəsi açılıb.
Proqramın icrasına uyğun olaraq Badamdar qəsəbəsində yeni su anbarlarının tikintisi aparılır, Bibiheybət qəsəbəsindəki 70 saylı Uşaq bağçası üçün 2 mərtəbəli əlavə korpusun tikintisi və bağçanın köhnə binasının əsaslı təmiri davam edir.
Hazırda rayon ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, "Alov qüllələri" kompleksinin, Badamdar qəsəbəsində Oksford məktəbi üçün yeni tədris korpusunun, "Azadlıq" Meydanında yeraltı qarajın, Əhəd Yaqubov küçəsində Müasir İstedadlar Məktəbinin, "Cənub" mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın, Qurban Abbasov küçəsində yeni İş mərkəzinin tikintisi, yeni veloparkın yaradılması, mərkəzdə yaşayış binalarının fasadlarının üzlənməsi, Dənizkənarı Milli Bulvarın Bayraq Meydanı istiqamətində genişləndirilməsi və burada yeni istirahət güşələrinin yaradılması, "Qız qalası"nda bərpa və konservasiya işləri davam edir. Bu işlər çərçivəsində Azadlıq Meydanı ərazisinin tam şəkildə təmiri başa çatdırılıb, yola yeni asfalt örtüyü çəkilib. Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün yeni binanın inşası başa çatıb. Bu gün Heydər Əliyev Fondu tərəfindən Badamdar qəsəbəsində 136 saylı uşaq bağçasında əsaslı təmir aparılır.
RİH tərəfindən Dağüstü parkda rayonun ictimai təşkilatları və "Şəhidlər Xiyabanı" kompleksində çalışan texniki xidmətlərin işçiləri üçün yeni bina, Badamdar qəsəbəsindəki qəbiristanlıqda dini ayinlər üçün tikili inşa olunub, qəsəbədə texniki xidmət işçiləri üçün 2 mərtəbəli xidməti yaşayış binası tikilib, oradakı mənzillər lazımi mebel və avadanlıqla təmin olunub.
Hazırda Badamdar şossesi boyunca mağaza, ofis və iaşə obyektlərinin üzlənməsi, yol kənarlarının təmizlənməsi, hasarların rənglənməsi və ərazinin abadlaşdırılması, Səbail RİHBA-nın və Bakı şəhər Prokurorluğunun binalarının müasir şəkildə təmir-yenidənqurulması, Fikrət Əmirov küçəsi 1 və 2 ünvanlarındakı 16 mərtəbəli 2 ədəd, Neftçilər prospektində 3 ədəd, Bayıl dairəsindəki 3 ədəd yaşayış binasının, A.İsgəndərov küçəsi 1 və 3/5 ünvanlarında, Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin binasının üzlənməsi və fasadlarının təmir-yenidənqurulması işləri, Salyan şossesi boyunca istinad divarının üzlənməsi aparılır.
Rayonun təsərrüfat xidmətləri tərəfindən bir sıra işlər həyata keçirilmişdir. Belə ki, Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən bir sıra binalara gedən istilik xətlərində, 9 binanın dam örtüyündə təmir işləri aparılmış, su və kanalizasiya xətləri dəyişdirilib, mərkəzdəki bir sıra binaların fasadı təmir olunub, rəngləmə işləri və gündəlik olaraq ərazidə abadlıq-təmizlik görülüb.
Badamdar qəsəbəsində hər həftənin şənbə günləri kənd təsərrüfatı məhsulları yarmarkası təşkil edilib.
Səbail rayonunun Elektrik Təchizatı və Satış İdarəsi, Səbail rayon Qaz İstismar Sahəsi, Səbail rayon Sukanal Departamenti tərəfindən sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçilib, bu istiqamətlərdə narazılığa səbəb ola bilən hallara yol verilib.
2013-cü ilin ilk 6 ayı ərzində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə Ünvanlı Sosial Yardım almaq üçün 426 ailə (1752 ailə üzvü) müraciət edib, onların sənədlərinə müavfiq qaydada baxılaraq orta hesabla hər bir ailəyə 117,90 manat sosial yardım təyin olunub.
Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsində qeydiyyatda olan 13074 nəfər təqaüdçülərə ilin ilk 6 ayı ərzində 17.262.749,25 manat təqaüd və müavinət ödənilib, ödənişlərdə gecikmələrə yol verilməyib.
Səbail rayon Məşğulluq Mərkəzinə ilin ilk 6 ayı ərzində 480 nəfər işaxtaran vətəndaş daimi işlə təmin olunub, "Ərazi Məşğulluq Proqramı"na əsasən cari ilin birinci yarısı ərzində 16 nəfər iş axtaran vətəndaş üçün Mərkəzdə "İngilis dili" üzrə peşə kursları və 16 nəfər iş axtaran vətəndaş üçün isə " Kompyuter istifadəçisi" kursları açılıb, "Əmək yarmarkasında" 24 nəfən daimi işlər təmin olunub.
Hesabat dövründə Səbail rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər keçirilib. İlin əvvəlində Badamdar və Bibiheybət qəsəbələri icra nümayəndəliklərinin və RİH-nin 2012-ci ilin yekunlarına həsr olunan hesabat yığıncaqları, RİH-də rayonda yaşayan 20 Yanvar şəhidlərinin, Çernobıl qəzası əlilləri və ailə üzvləri ilə, Xocalidan olan məcburi köçkunlərlə görüş keçirilib, faciənin ildönümü ilə bağlı bir sıra tədbirlər təşkil olunub.
Azərbaycan Gəncləri günü ilə bağlı Dövlət Bayrağı Meydanındakı "Cristall-Xall"da Səbail gənclərinin bayram balı təşkil olunub, Novruz bayramı və Silahlı Qüvvələr günü ərəfəsində rayon ictimaiyyətinin nümayəndələri ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhənin ön xəttində yerləşən hərbi hissənin şəxsi heyətinə rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanmış bayram sovqatlarını çatdırıb, incəsənət ustaları tərəfindən onlara böyük bayram konserti verilib. Rayonumuzun nümayəndələri həm də Daxili Qoşunların Bərdə şəhərində yerləşən hərbi hissəsində və Badamdar qəsəbəsindəki hərbi hissədə də görüşlər və konsertlər təşkil ediblər.
Ümumilikdə 6 ay ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 7726 olub.
İclasda Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsinin müdiri Məmməd Nuriyev, Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Elbrus Əhmədov, Milli Məclisin şöbə müdiri Adilə Abbasova, Milli Qəhrəman Cəbrayıl Əliyev, rayonun təsərrüfat xidmətlərinin rəhbərləri çıxış ediblər.
İclasda əldə olunmuş nailiyyətlələ yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.