Əlaqə Arxiv
news Image
2013.07.23
16:40
| A A A
Amnistiya aktının icrası başa çatmaq üzrədir-Özəl

Pentensiar Xidmət üzrə amnistiya aktının icrası başa çatmaq üzrədir. Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovun Movqe.az-a verdiyi məlumata görə, bu günədək Azərbaycanda Pentensiar Xidmət üzrə 2000-dən çox məhkum barəsində amnistiya aktı tətbiq olunub: "Hazırda amnistiya aktının icrası başa çatmaq üzrədir. Amnistiya aktının tələblərinə uyğun gələn məhkumlara amniatiya aktı şamil olunub".

Qeyd edək ki, may ayının 7-də Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə parlament tərəfindən qəbul edilmiş "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında" Qərarla 9000-dən çox şəxsin müxtəlif cəzalardan azad olunması gözlənir.


Sizin Reklam Yeriniz