Əlaqə Arxiv
news Image
2013.07.23
16:57
| A A A
DİN Nabrandakı dəhşətli hadisə ilə bağlı açıqlama verdi
2 yaşlı uşağın hovuzun nasosnunda sovrulması ilə bağlı hələ ki, cinayət işi açılmayıb

İyulun 21-də Nabran Holiday Village-də baş verən hadisə ilə bağlı hələ ki, cinayət işi açılmayıb. DİN-in mətbuat xidmətindən "Qafqazinfo"ya daxil olan məlumata görə, sözügedən faciə ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsində materiallar toplanılıb və həmin materiallara hüquqi qiymət vermək üçün aidiyyatı üzrə Rayon Prokurorluğuna göndərilib. 


Qeyd edək ki, "Nabran Holiday Village"də baş verən dəhşətli hadisə zamanı hovuzun nasosu 2 yaşlı İmran Cəfərzadənin ayaqlarını sovurmuşdu. Uşağın yaxınlarının "Qafqazinfo"ya verdiyi məlumata görə, İmranın ayağının biri kəsilsə də, digərinin də kəsilmə təhlükəsi var: "Həkimlər deyir ki, 50 faiz ümid var ki, o biri ayağı kəsilməsin. Yaranın infeksiyalaşma mərhələsi keçsin sonra xaricə aparmağa qoyacaqlar. Biz də ümid edirik ki, bəlkə, o biri ayağı xilas ola bilər. Hazırda Almaniyadakı xəstəxanalarla əlaqə saxlayırıq. Amma ora aparmaq da çox çətindir, xərcləri çoxdur".


Sizin Reklam Yeriniz