Əlaqə Arxiv
news Image
2013.07.23
22:05
| A A A
Lavrov: "Əsəd sülh müzakirəsinə hazırdır"

Movqe.Az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov, Suriya Prezidenti Bəşər Əsədin müxaliflərlə sülh danışıqları etməyə hazır olduğunu açıqlayıb. Dünən Moskvada Suriyanın İqtisadiyyatdan Məsul Baş nazir Köməkçisi Qədri Cəmili qəbul edən Lavrov, ABŞ və digər Qərb güclərinin müxaliflərlə sülh müzakirələrinə başlamaq üçün səy göstərməsi lazım olduğunu söyləyib. Lavrov və Cəmilin görüşündə əsas gündəm maddəsi isə, Rusiyanın Suriyaya etməyi düşündüyü yeni maddi yardımları olub. Digər tərəfdən, Suriya ordusunun Humus şəhərinə təşkil etdiyi yeni hücumlarda, keçən həftə böyük zərər görən və istifadə edilə bilməz hala gələn Xalid Bin Velid Məscidinin içindəki Xalid Bin Vəlidin türbəsinin də tamamilə yıxıldığı bildirilib. Müxalif qaynaqlar, dünən səhər erkən saatlarda məscidə düşən bombalar səbəbiylə qəbrin xarabaya döndüyünü bildirib. Xalid bin Vəlid, Suriyanın fatehi olaraq Ərəblər arasında böyük hörmət görən bir ad olub.


Sizin Reklam Yeriniz