RF-nin Kareliya Respublikasında maraqlı hadisə baş verib. Hadisənin "qəhrəman"ı doğum evlərinin birində olan qadın məsləhətxanasının həkimidir. ANSPRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, həkim xəstəni sadəcə müsəlman olduğuna görə müayinə etməkdən imtina edib.
Məlum olub ki, həmin həkimin özü iudaizm dininə sitayiş edirmiş. Buna görə də xəstənin onun qəbuluna ənənəvi müsəlman geyimində- uzun paltar və başında örpəklə gəlməsi onun xoşuna gəlməyib.
Faktla əlaqədar Kareliya Səhiyyə Nazirliyi xidməti yoxlama keçirib. Doğum evinin baş həkimi isə deyir ki, belə bir hadisə burada birinci dəfə baş verib və bir daha təkrarlanmayacaq.
"Həmin həkim töhmətlə cəzalandırılıb. Mən bir daha həmin xəstədən və heysiyyatı təhqir olunan bütün xəstələrdən üzr istəyirəm",- deyə baş həkim əlavə edib.