İndoneziya sahillərində üzən gəmidə 200-dək İran və Şri-Lanka qaçqını olub
İndoneziyanın Yava adası yaxınlığında Avstraliyaya üzən və göyərtəsində qaçqınların olduğu gəmi batıb. Mövqe.az-ın ria.ru-ya istinadən verdiyi məlumata görə, qəza nəticəsində onlarla insan itkin düşmüş hesab olunur. Onların öldüyü ehtimal edilir.
Avstraliyanın "Daily Telegraph" qəzetinin məlumatına görə, gəminin göyərtəsində İran və Şri-Lankadan olan 170-dək qaçqın olub. Onlardan təxminən 120 nəfəri xilas etmək mümkün olub.
Avstraliya Dəniz Təhlükəsizliyi İdarəetməsindən verilən məlumatda, xilasetmə əməliyyatını İndoneziya dövlətinin rəhbərlik edildiyi bildirilir.
KİV-lərin məlumatına görə, bu ilin yanvarın 1-dən Avstraliyaya gəmi vasitəsilə 13 mindən çox qaçqın pənah gətirib.