Qarpız və yemişlərin yoxlanılması başa çatıb
"Bazar və yarmarkalarda satılan qarpız və yemişlərin yoxlanılması başa çatıb ". Bu məlumatı Movqe.az-a acıqlamasında Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin laboratoriya müdiri Yaqub İbrahimov söyləyib. Onun sözlərinə görə, labarotor müayinələr zamanı qarpızda 57 mq kq, yemişdə isə 80-88 mq kq nitrat aşkarlanıb. Y. İbrahimov bunun norma olduğunu söyləyib. Labarotoriya müdiri bildirib ki, qarpızda nitratın miqdarı 60 mq kq, yemişdə isə 90 mq kq-ya qədərdirsə bu norma sayılır. Amma Y. İbrahimov yol kənarında satılan qarpızların müayinəyə cəlb olunmadığını söylədi. Onun sözlərinə görə, ona görə də, həmin qarpız və yemişlərin təhlükəsizliyinə zəmanət verilmir.