Bu gün hava sərin keçəcək
Bu gün Azərbaycanda nisbətən sərin hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya
Departamentindən Movqe.az-a verilən məlumata görə, avqustun 4-də
Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu
olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz olacağı
gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, axşama doğru arabir
güclənəcək. Bakı və Abşeron yarımadasında temperatur gecə 20-24,
gündüz 27-32 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında avqustun
4-də hava əsasən yağmursuz olacaq, lakin axşam və gecə bəzi
yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi
əsəcək, axşama doğru ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq.
Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq.