Əlaqə Arxiv
news Image
2013.08.05
14:21
| A A A
Penitensiar Xidmətdən açıqlama: "17 saylı Cəzaçəkmə Müəssisəsində vəziyyət sabitdir"

 "Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində məhkumların özünü doğraması, onlarla pis rəftar edilməsi xəbəri yalnışdır. Cəzaçəkmə müəssisəsində bir neçə məhkum daxili intizam qaydalarını pozduqlarından cərimə təcridxanasına köçürülüb". Bu sözləri Movqe.az-a Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov  söyləyib. M. Sadıqov bildirib ki, cəzaçəkmə müəssisəsinin daxili intizam qaydaları var: " Məhkumlar həmin qaydalara riayət etməlidirlər. Amma bir neçə məhkum daxili intizam qaydalarını pozub. Onlara heç bir fiziki zor tətbiq edilmədən cərimə təcridxanasına salıblar".

M. Sadıqov cərimə təcridxanalarına  çox sayda məhkumun salınması məsələsinə də aydınlıq gətiib: "Bu da yalnış məlumatdır. Cəzaçəkmə müəssisələrindəki cərimə təcridxanaları iki-dörd nəfərlikdir. Ora eyni gündə 60-70 məhkumun salınması mümkünsüzdür". M. Sadıqov bildirib ki, cəzaçəkmə müəssisəsində məhkumlarla qanuna zidd şəkildə davranılmır. Hazırda cəzaçəkmə müəssisəsində vəziyyət sabitdir. Qeyd edək ki, ötən gün Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində məhkumların özünü doğraması, onlarla pis rəftar edilməsi barədə xəbər yayılmışdı. Gunxeber.com-un xəbərinə görə, sözügedən həbsxanada beş nəfər dustaq 17 saylı Cəzaçəkmə Müəssisəsinə yeni təyin olunan rəis əvəzi Elçin Əlicanovun qanunsuz davranışına və dustaqları incitməsinə etiraz olaraq özlərini doğrayıblar. Məhbus yaxınları özlərinə qəsd edən dustaqların adlarını da çəkiblər. Bunlar Orxan Xurşudlu, Seyran cahangirov, Ceyhun Hadıyev, Səxavət Kərimov və Telman Əsədovdur. Məlumata görə, məhbus yaxınlarının adını dəqiqləşdirə bilmədiyi bir dustaq isə boğazını kəsib. Xəbərdə bildirilir ki, əgər əvvəllər karsda eyni vaxtda 20-25 nəfər olurdusa, indi eyni vaxtda karsda 60-70 dustaq olur. Rəis əvəzi yeri gəldi-gəlmədi dustaqları karsa salır. Qeyd edək ki, bu müəssisənin rəisi bir müddət əvvəl işdən çıxarılıb.

Sizin Reklam Yeriniz