E-imza alanların sayı 15 mini keçib
"Azərbaycanda e-imza alanların sayı sürətlə artır.
Bu rəqəm 15 000-i keçib. Demək olar ki, elektron imzanın tətbiqi
dövlət qurumlarında genişlənir".
Bu sözləri Mövqe.az-a açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Məlumat Hesablama mərkəzinin direktoru Nail Mərdanov deyib. Onun sözlərinə görə, e-imzanın praktiki olaraq tətbiqi dövlət orqanlarında üstünlük təşkil edir: "Demək olar ki, e –imza alanların sayı hər gün artır. Vətəndaşın dövlət qurumlarına müraciətini, qurumlar arası sənədləşmələri asanlaşdırmaq üçün böyük əhəmiyyətə malik olan elektron imzaya maraq sadə vətəndaşlar tərəfindən böyükdür".

N. Mərdanov e-imza alanların regionlar üzrə də sayında artım olduğunu söyləyib.