Dərslər sentyabrın 15-də başlamayacaq
Təhsil Nazirliyi yeni tədris ilinin sentyabrın 1-dən başlanması barədə təklifə münasibət bildirib. Təhsil Nazirliyindən Movqe.az-a verilən xəbərə görə, yeni tədris ilinə ənənəvi olaraq sentyabrın 15-dən başlanacaq. Ancaq 15 sentyabr bazar günü olduğu üçün dərslərə sentyabrın 16-dan start veriləcək. Qeyd edək ki, Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa yeni təşəbbüslə çıxış edərək, "1 sentyabrdan hamı məktəbə!" kampaniyasına başlayıb.