"Qarabağ klanı"nın Ermənistanı yuvarlatdığı böyük səfalətin kiçik bir təzahürü
Ermənistanın Ararat vilayətinin Vardaşat kəndinin icra aparatının başçısı özünü asıb. Mövqe.az ANS PRESS-ə istinadən bildirir ki, 28 yaşlı Akop Akopyanın iki uşağı yetim qalıb.
Qəzetin yazdığına görə, Akop Akopyanın uzun müddət xəstə yatıb və bağırsaqlarına düşmüş infeksiyadan qurtula bilməyib. Müalicə oluna bilməyən Akop intihar etməyi qərara alıb. Bunun üçün evdə atasının olmadığı vaxtı seçib. Ailə üzvlərini aldadaraq tualetə getdiyini söyləyib. Orada isə özünü asıb.
Bağırsaq infeksiyası ağır xəstəlik olsa da müalicəsi var və belə bir əməliyyat təxminən 10 min dollar ətrafında dəyişir. Amma göründüyü kimi, erməni icra başçısının bu pulu verməyə imkanı olmayıb. Bu, "Qarabağ klanı"nın Ermənistanı yuvarlatdığı böyük səfalətin kiçik bir təzahürüdür.