Movqe.Az xəbər verir ki, Prezident Obama, iştirak etdiyi televiziya proqramında Rusiyanın onu məyus etdiyini söyləyib və homoseksualizm əleyhdarı tətbiqlərindən ötəri tənqid edib. ABŞ prezidenti Barak Obama, dünən axşam NBC kanalında yayımlanan "Jay Leno ilə Tonight Show" proqramına qatılıb. Birbaşa yayım müddətində Rusiyaya yüklənən Obamanın bu ölkəyə yönəltdiyi başlıca tənqid mövzuları isə homoseksualizm və qaçaq agent Snovdenə verilən müvəqqəti sığınacaq olub. Rusiyanın keçmiş NSA agenti Edvard Snovdenə müvəqqəti sığınacaq verməsinin onu məyus etdiyiniuğratdığını söyləyən Obama, Rusiyanın terrorla mübarizə mövzusunda ABŞ-a kömək etmək adına əhəmiyyətli addımlar atdığını, lakiin vaxtaşırı Soyuq Müharibə məntiqinə geri döndüyünü bildirib. Növbəti ay Rusiyanın Sankt-Peterburq şəhərində təşkil ediləcək olan G20 zirvəsinə qatılacağını da sözlərinə əlavə edən ABŞ prezidenti, bu sammit zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşüb görüşməyəcəyi mövzusunda heç nə söyləməyib. Obama, ötən günlərdə Rusiyada qəbul edilən homoseksualizm əleyhdarı qanunu da tənqid edib. Sözügedən qanun, yetkinlik yaşına çatmayanlara eynicinsliliklə əlaqədar məlumat verənlərə cinayət sanksiyas tətbiqi nəzərdə tutur. Obamanın bu tətbiq üçün şərhi "gedir, lezbiyandır və ya trans fərdləri qorxudacaq, onlara zərər verəcək şəkildə rəftar etməyə çalışan ölkələrə qarşı səbrim yoxdur" şərhini edib. Obama, bu mövzuda Rusiyanın tək olmadığını da sözlərinə əlavə edib. 2014-ci ildə Soçidə keçiriləcək Qış Olimpiya Oyunları zamanı bu qanunun problem olacağına inanmadığını söyləyən Obama "Həm Rusiya, həm də Putinin olimpiadaların problemsiz keçməsini istədiklərini bildirib.