Bu virus insandan-insana keçir
Movqe.Az xəbər verir ki, elm adamları, Çində ortaya çıxan yeni quş qripi virusunun insandan insana keçən ilk hadisəsinin təyin olunduğunu açıqlayıb. Tibb Jurnalı British Medical Journal, 32 yaşındakı bir qadının, xəstə olan atasına baxarkən virusdan yoluxduğunu və hər iki xəstənin də dünyasını dəyişdiyini bildirib. Bu hadisəyə qədər, quş qripi virusunun yeni növü H7N9-un insandan insana keçməsiylə əlaqədar bir məlumata rastlanmamışdı. Bundan əvvəlki araşdırmalar, virusun yalnız xəstəliyə tutulmuş heyvanlarla birbaşa təmasdan sonrasında bulaşdığını göstərirdi. 30 İyundan etibarən Çinin şərqində 133 hadisədə H7N9 virusu təsbit edilib. 43 nəfərin bu xəstəlikdən həlak olduğu təyin olunub.