Əlaqə Arxiv
news Image
2013.08.13
18:27
| A A A
Abituriyentlərin iki gün vaxtı qaldı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013-2014-cü tədris ili üzrə ali məktəblərə qəbul olmaq üçün ixtisas seçimi müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərə müraciət edib.Komissiyadan Movqe.az-a verilən məlumata görə, 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 6-dan internet vasitəsilə ixtisas seçimi edirlər. Abituriyentlərin ixtisas seçimi avqustun 15-i saat 00:00 başa çatacaq. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edirlər. Bu gün saat 14:00-dək həmin abituriyentlərdən 30642 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib.

Sizin Reklam Yeriniz