Əlaqə Arxiv
news Image
2013.08.14
13:29
| A A A
“ASAN xidmət” mərkəzində qanvermə aksiyası keçirilib

Bu gün Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN" əhaliyə xidmət mərkəzində qanvermə aksiyası keçirilib. APA-nın verdiyi məlumata görə, agentliyin rəhbəri İnam Kərimov bildirib ki, xidmət mərkəzi ilə Qan Bankı tərəfindən birgə keçirilən aksiya iki gün davam edəcək: "Toplanacaq qan talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə sərf edilməsi məqsədilə tam pulsuz şəkildə Qan Bankına təqdim ediləcək".

 

İ. Kərimov ölkə vətəndaşlarını bu aksiyaya qoşulmağa dəvət edib.

 

Qanvermə aksiyası iki gün davam edəcək.


Sizin Reklam Yeriniz