Təhsil Nazirliyi TQDK-nın istifadəyə yararsız saydığı dərslikləri yenidən çap edir-Eksklüziv
"Ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün nəzərdə tutulmuş
dərslik komplekti bu il yenidən hazırlanacaq. Bu il yeni
hazırlanacaq dərsliklərdə təkmilləşdirmə aparılacaq". Bu sözləri
Movqe.az-a açıqlamasında Dərsliklərin Qiymətləndirmə Şurasının
sədri Elmina Kazımzadə söyləyib. E. Kazımzadə bildirib ki,
dərsliklərin yenidən çapı hər dörd ildən bir aparılır: "Bu il 2-ci
sinif dərslikləri yenidən çap ediləcək. Dərsliklərdə təkmilləşdirmə
aparılacaq". Xatırladaq ki, bu il dərslik komplektlərinin
monitorinqi zamanı "Azərbaycan dili", "Riyaziyyat", "İngilis dili"
və "Həyat bilgisi " dərslik komplektlərinin ümumtəhsil
məktəblərində istifadəsi məqsədəuyğun hesab edilməmiş, bu
dərsliklərin yenidən hazırlanmalı olduğu qərara alınmışdı.