Əlaqə Arxiv
news Image
2013.08.15
12:31
| A A A
Qazaxıstanda 3 Azərbaycan vətəndaşı həbs edilib

Qazaxıstanın Manqıstauy vilayətində 3 Azərbaycan vətəndaşı brakonyerlik fəaliyyətinə görə 2 il müddətinə azadlıqdan məhrum edilib.

APA-nın verdiyi məlumata görə, rayon prokuroru saxlanan şəxslərdən götürülmüş əşyayi-dəlillərin – 172 kiloqram nərə balığının, "Bayda" qayığının dövlətin hesabına müsadirə olunduğunu deyib. Müttəhimlər dövlətə dəyən 1,339 milyon təngə dəyərində ekoloji zərərin əvəzini könüllü olaraq tam ödədiklərinə görə onlara qarşı mülki iddiaya xitam verilib. 


Sizin Reklam Yeriniz