Sabah Azərbaycanda çimərlik havası olacaq
Ölkə ərazisində 40 dərəcəyədək isti gözlənilir
Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 40 dərəcə
isti təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli
Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata
görə, Bakıda və Abşeron yarımadasında avqustun 18-də havanın az
buludlu, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz
çənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-25, gündüz 33-38 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında avqustun 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 33-38, bəzi yerlərdə 40, dağlarda gecə 11-16, gündüz 23-28, bəzi yerlərdə 30 dərəcə isti olacağı gözlənilir