Bərdədə 4 yaşlı usağın faciəvi ölümü
Bərdədə dörd yaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
APA-nın verdiyi məlumata görə, şəhərin Heydər Əliyev prospektində beşmərtəbəli binanın 5-ci mərtəbəsində yaşayan Hidayətovlar ailəsinin 4 yaşlı üzvü eyvanın pəncərəsinə vurulan tora söykənərək küçəyə baxmaq istəyib. Torun qırılması nəticəsində 2009-cu il təvəllüdlü Hidayətov Kənan Samir oğlu beşinci mərtəbədən yıxılaraq ölüb. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.