Rusiyada miqrantların işi daha da çətinləşəcək
Rusiya Dövlət Dumasına ölkəyə gələn miqrantların işini
çətinləşdirəcək qanun layihəsi təqdim olunub. Rusiya Federasiyası
Kommunist Partiyasının hazırladığı qanun layihəsi miqrantların
sadələşdirilmiş qaydada əmək fəaliyyəti ilə məşğul olmalarına dair
mövcud qaydaların ləğvini nəzərdə tutur.
Müvafiq qanunu hazırlayanların təklifinə əsasən, Belarus və Qazaxıstan vətəndaşları istisna olmaqla, vizasız qaydada Rusiya ərazisinə daxil olan əcnəbilər (postsovet ölkələrinin vətəndaşları nəzərdə tutulur) əmək fəaliyyəti ilə məşğul olmaq üçün ümumi əsaslarla işçi vizaları alacaq.
Rusiyalı kommunistlər hesab edir ki, yeni qaydalar Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələrin yaxınlaşmasına kömək edəcək.