Prezidentliyə namizəd borca görə mənzilindən çıxarıldı
Mənzildən çıxarılma prosesi ötən gün axşam saatlarında həyata keçirilib
Gürcüstan prezidentliyinə namizəd, gürcü "ənənəçi"lərin lideri Akaki Asatiani şəxsi mənzilindən çıxarılıb. APA-nın "Georgia Online" saytına istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın "Birinci radio" radiostansiyası namizədin qonşularına istinadən məlumat yayıb.
"Birinci radio" radiostansiyasının verdiyi xəbərə görə, mənzildən çıxarılma prosesi ötən gün axşam saatlarında həyata keçirilib.
Radiostansiyanın məlumatına görə, Akaki Asatiani ipoteka krediti müqabilində şəxsi mənzilini banka girov qoyubmuş.