Oqtay Şirəliyev: "Bütün şəkərli xəstələrə qlükometrlər paylanılıb"
"Azərbaycanda şəkərli diabetdən ölüm göstəricisi
hər 100 min nəfərə 21,7-dən 7,5-ə enmişdir. Movqe.az-ın xəbərinə
görə, bunu Yeni Azərbaycan Partiyasının saytına verdiyi müsahibədə
Oqtay Şirəliyev deyib.
Onun sözlərinə görə, 2005-ci ildən başlayaraq səhiyyənin prioritet sahələri üzrə 11 proqram qəbul olunub və hazırda da onların həyata keçirilməsi davam etdirilir: "Ümumilikdə proqramların icrasına bu illər ərzində 387,7 milyon manat vəsait sərf olunub. Proqramların əhatə etdiyi sahələr üzrə həyata keçirilən tədbirlər nəticəsində ana və uşaqlara, onkoloji, endokrinoloji, irsi qan xəstəliyi, böyrək çatışmazlığı və s. xəstələrə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yüksəlib, bu xəstəliklər üzrə müayinələrin həcmi artırılıb, xəstələrin dərmanla təchizatı yaxşılaşıb. Nəticədə bu xidmət növlərinin keyfiyyətini xarakterizə edən göstəricilərdə nəzərəçarpacaq müsbət dinamikaya nail olunub."
Şəkərli diabet proqramı çərçivəsində respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri - qlükometrlər və test sistemlərinin pulsuz paylandığını deyən O.Şirəliyevin sözlərinə görə, xəstələrin dərman təchizatı ilə bağlı uzun illər davam edən problem də aradan qaldırılıb:
"Şəkərli diabet proqramı çərçivəsində respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri - qlükometrlər və test sistemlər pulsuz olaraq paylanmış və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problem aradan qaldırılmışdır. Bununla əlaqədar olaraq şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşmış, qeydiyyata götürülən xəstələrin sayı 2003-cü illə müqayisədə təxminən 3,6 dəfə artmış və 180 minə çatıb. Həmçinin görülən işlərin nəticəsi kimi şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enib."