Movqe.Az xəbər verir ki, Hindistanda bu dəfə də vəzifə başındakı bir fotojurnalist kütləvi təcavüzə məruz qalıb. Ağır yaralanan gənc qadın, xəstəxanada müalicə altına alınıb. Səlahiyyətlilər, Mumbai şəhərində bir jurnal üçün çalışan 23 yaşındakı fotomüxbirin Aşağı Parel bölgəsində bir kişi həmkarı ilə vəzifə yerinə yetirdiyi sırada hücuma uğradığını söyləyib. Əvvəl kişi jurnalisti döyərək təsirsiz hala gətirən beş təcavüzkar, daha sonra qadın jurnalistə təcavüz edib. Maharaştra əyaləti Daxili İşlər naziri RR Patil, ağır yaralı olaraq xəstəxanaya qaldırılan jurnalisti ziyarət etdikdən sonra hücumun ardınca təşkil edilən əməliyyatda 35 nəfərin nəzarətə alındığını, məsul şəxslərin tezliklə məhkəmə qarşısında cavab verəcəyini söyləyib. Qadınlara və uşaqlara qarşı cinsi hücumların məşhur olduğu Hindistanda keçən il 23 yaşındakı gənc bir qadının avtobusda kütləvi təcavüzə uğradıqdan sonra ölməsi, böyük səs-küy yaratmışdı. Kişi yoldaşı ilə mindiyi avtobusda 6 nəfərin təcavüzünə uğrayan gənc qadının müalicə üçün aparıldığı Sinqapurda şiddətli iç qanama səbəbiylə həyatını itirməsindən sonra ölkə daxilində etirazlar təşkil edilmişdi. Təcavüzdən mühakimə olunan altı nəfərdən biri, ötən mart ayında həbsxanadakı otağında ölü tapılmışdı. Digər beş nəfərin mühakimə olunması isə davam edir.