Əlaqə Arxiv
news Image
2013.08.26
13:04
| A A A
Dəhşətli xəstəlik Azərbaycanın 31 rayonunu əhatə etdi-Eksklüziv
Yolçu Xanvəli: "Lənkəranda, Samuxda və Fizulidə də iribuynuzlu heyvanlar arasında xəstəiyin yayıldığı üzə çıxıb"

Aran rayonlarında iribuynuzlu mal-qara arasında yayılan xəstək  artıq 31 rayonu əhatə edib.  Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin Movqe.az-a verdiyi məlumata görə, artıq 31 rayonda iribuynuzlu mal-qara arasında bu xəstəliyin  yayılması qeydə alınıb. Onun sözlərinə görə, Lənkəranda, Samuxda və Fizulidə də iribuynuzlu heyvanlar arasında xəstəiyin yayıldığı üzə çıxıb: " Son məlumata görə, 106 min başdan artıq heyvan bu xəstəlikdən müalicə olunub".
Xatırladaq ki, Dövlət Baytarlıq Xidmətindən ötən həftə Movqe.az-a verilən son məlumatda xəstəliyin 28 Aran rayonunda yayıldığı bildirilmişdi. Hazırda isə rayonların sayı 31-ə çatıb. Y. Xanvəli Movqe.az-a açıqlamasında söyləyib ki, xəstəliyin müalicəsi üçün rayon Baytarlıq İdarələri gücləndirilmiş iş rejimində çalışırlar.
Qeyd edək ki, iribuynuzlu mal-qara arasında yayılan bu xəstəlik  Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət hesabına müalicə olunan xəstəliklərin siyahısında olmadığından müalicə xərclərini sahibkarlar özləri ödəyirlər. Kənd təssərrüfatı naziri İsmət Abbasov yayılmış xəstəliyin dövlət hesabına müalicəsinə vəsait ayrılması üçün hökumətə müraciət edib.

Sizin Reklam Yeriniz